Xruşşovun nəticəsi "xarici agent" elan edildi

21:29 13.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SSRİ-nin sabiq liderləri Nikita Xruşşovun nəticəsi, publisist Nina Xruşşova Rusiyada xarici agentlərin reyestrinə daxil edilib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Nina Xruşşova Nyu-Yorkdakı Yeni Məktəbin professoru, politoloq və yazıçıdır. O, 1980-ci illərin sonunda ABŞ-yə təhsil almaq üçün gedib və hazırda ABŞ-də yaşayır.

Ədliyyə Nazirliyinin press-relizində bildirilir ki, Nina Xruşşova Rusiya hakimiyyətinin fəaliyyəti barədə etibarsız məlumatlar yaydığına, Ukraynada müharibənin aparılmasına qarşı çıxış etdiyinə və xarici agentlərin materiallarının hazırlanmasında iştirak etdiyinə görə reyestrə daxil edilib.